"Əhalinin davranışları fövqəladə halı şərtləndirir” AÇIQLAMA-ÖZƏL

"Ölkəmizdə koronovirusla mübarizə istiqamətində görülən tədbirlər insanların nikbin olmasına əsas yaradır. Lakin çox təəssüf ki, əhalinin bu məsələyə münsaibətində bir sıra xoşagəlməz halların da şahidi oluruq. Lakin dərk etməliyik ki, həm dünyada həm də ölkəmizdə virusla bağlı gərgin vəziyyət yaranıb. Hər kəsin həyatı təhlükədədir". Bunu SİA-ya açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

O bildirib ki, Azərbaycanda bu təhlükəni uzaqlaşdırmaq üçün dövlət orqanları tərəfindən mümkünj olan bütün addımlar atılır: "Lakin hər şeydən öncə vətəndaşlarımız da bu məsələyə münasibətdə daha ciddi olmalıdırlar. Əks halda onlar yaxınlarını, sevikləriniz, ailə üzvlərini təhlükə altında qoymuş olurlar".

Fond rəhbəri vurğulayıb ki, bu gün ölkəmizdə karantin rejimini pozanlara qarşı cəza və cərimələrin tətbiq olunması yaxşı haldır: "Lakin bu problemin tam olaraq həllinə gətirib çıxarmayacaq. Cərimələrin miqdarı o qədər də böyük deyil. Digər ölkələrdə bu cərimələr daha sərtdir. Bildiyiniz kimi Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar qaydalarında məsafənin məhdudlaşdırılması nəzərdə tutulub ki, bu gün demək olar ki əksəriyyət buna əməl etmir. Halbuki buna görə artıq məsuliyyət yaranmışdı".

Ə. Nuriyev qeyd edib ki, bununla yanaşı bu gün 65 yaşdan yuxarı şəxslərin çölə çıxmasına qadağa qoyulsa da, bu qaydaları pozanlara da az rast gəlinmir: "Artıq məsuliyyət tədbirləri dərhal tətbiq olunmalıdır. Halbuki dünyada baş verən proseslər göstərir ki, virusla bağlı təhlükə getdikcə böyüyür. Bu baxımdan qaydalar daha da sərtləşməlidir".

QHT rəhbəri vurğulayıb ki, yalnız zəruri hallarda çölə çıxmağa icazə verilməlidir: "Digər bütün hallarda hər şey qadağan edilməlidir. Çünki bu epidemiya getdikcə daha da genişlənir. Bizim əhalinin davranışları fövqəladə halı şərtləndirir".

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Xəlifə Haftara şok zərbə - Əməliyyat mərkəzi dağıdıldı

SONRAKI XƏBƏR

Düşmən narahatdır:”Sərhəd qoşunlarımızın ora yerləşməsi... ”- AKTUAL