Rusiya Elmlər Akademiyası koronavirusla bağlı tövsiyələr verəcək

Rusiya Elmlər Akademiyası koronavirusla bağlı tövsiyələr verəcək

Rusiya Elmlər Akademiyasında (REA) ölkədə koronavirus infeksiyasının yayılması ilə bağlı məsələlər müzakirə ediləcək.

"Report" Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi səhifəsinə istinadən xəbər verir ki, aparıcı mütəxəssislərin iştirak edəcəyi iclas aprelin 9-da keçiriləcək.

REA-nın vitse-prezidenti, Tibbi-Bioloji Elmlər Bölməsinin rəhbəri, akademik Vladimir Çexonin məlumat verib ki, iclasın nəticələri əsasında REA adından COVID-19-un yayılmasına qarşı görüləcək tədbirlərə dair tövsiyələr koronavirusla mübarizə ilə məşğul olan idarələrə təqdim olunacaq.

Mənbə: report.az