Müəllimlərin əmək müqaviləsi hansı halda uzadıla bilər?

Müəllimlərin əmək müqaviləsi hansı halda uzadıla bilər?

Çalışmanın yaş həddinə çatmış müəllimin əmək müqaviləsinin uzadılmasında sertifikatlaşdırma balı əsas prioritetdir və 85 faiz nəticə (51 bal) başlıca tələbdir.

APA-ya istinadla xəbər verilir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

Qeyd edək ki, 60 yaşdan yuxarı müəllimlərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

Mənbə: demokrat.az