Azərbaycanlı alpinistlər “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu ərazisində ötən ilin sonunda baş vermiş təyyarə qəzasına həsr olunmuş xatirə lövhəsi quraşdırıblar.
Xatirə lövhəsində həlak olan ekipaj üzvlərinin adları həkk olunub.
Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” tipli təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin qiymətləndirmələrə görə, təyyarə Rusiyanın hava məkanında hücuma məruz qalıb.
Mənbə: bizim.media