ABŞ-da peyvəndə münasibət

ABŞ-da peyvəndə münasibət

Amerika Birləşmiş Ştatlarında koronavirus pandemiyası ilə bağlı keçirilən sorğuda əhalinin 49 faizi peyvənd tapılacağı halda ondan yararlanacağını, 20 faizi peyvənd vurdurmayacağını, qalan hissəsi isə peyvəndə münasibətdə qərarsız olduğunu deyib.

Ekspertlər hesab edir ki, nəticələr peyvəndin mənfi təsiri ilə bağlı əhali arasında qeyri-müəyyənliyin hələ də qaldığını göstərir.

Peyvənd vurdurmayacağını bildirən sorğu iştirakçılarının əksəriyyəti onun təhlükəsizliyindən əmin olmadığı üçün belə düşündüyünü bildirib.

“Hesab edirəm ki, 1-2 il peyvəndin mənfi təsirlərinin olub-olmadığını müəyyən etmək üçün kifayət deyil. Bu, məndə narahatlıq doğurur” – deyə respondent Melani Drays vurğulayıb.

“İnsanlar elə düşünməməlidirlər ki, prosesi tezləşdirmək üçün hansısa təcrübələri ixtisara salırıq. Bu, böyük səhv olardı. Peyvəndin tapılması üçün gördüyümüz işlərin əsas mahiyyəti onun effektiv olmasındadır, işin ciddiyyətini qurban vermək deyil”.

Milli Səhiyyə İnstitutuun direktoru doktor Fransis Kolinsin peyvəndlə bağlı mənfi rəydə olanlara cavabı belə olub.

Qeyd edək ki, ilk dəfə Çinin Uhan şəhərində baş qaldıran koronavirus 5.6 milyondan çox insana yoluxub.

Virusdan 352 mindən çox insan ölüb, 2.4 milyondan çox insan sağalıb.

Mənbə: www.realtv.az