Dövlət qulluğu ilə bağlı sertifikat almaq hüququ əldə edən namizədlərin sertifikatlarının verilməsinə başlanılır

Dövlət qulluğu ilə bağlı sertifikat almaq hüququ əldə edən namizədlərin sertifikatlarının verilməsinə başlanılır

Dövlət İmtahan Mərkəzi 16 fevral 2020-ci il tarixdə dövlət qulluğunun B növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında uğur qazanmış şəxslərə müraciət edib.

DİM-dən APA-ya verilən məlumata görə, test imtahanında uğur qazanmış və sertifikat almaq hüququ əldə etmiş namizədlərin sertifikatlarının verilməsinə başlanılır.

16 fevral 2020-ci il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında uğur qazanmış və sertifikat almaq hüququ əldə etmiş namizədlər DİM-in saytından elektron növbə götürməklə sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Mərkəzin Koroğlu Rəhimov küçəsi, 108 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz Regional Bölmələrindən əldə edə bilərlər.

Namizədlər DİM-in qeyd olunan inzibati binalarına gəlmək üçün Mərkəzin saytından onlayn növbə götürməlidirlər.

Mənbə: apa.az