Uşaqlardan “sevgi nədir?” soruşduq... - Video

Uşaqlardan “sevgi nədir?” soruşduq...  - Video

Şübhəsiz ki, uşaqların sevgisi daha saf və təsviri xeyli rahatdır. Məsələn, Məryəm üçün sevgi kartof qızartması, Aqil üçün qırmızı rəngli maşını, Elşad üçün xallı Toplanı ola bilər. Ancaq o demək deyil ki, balacalar üçün sevgi məhfumu elə bununla da yekunlaşır.

Odur ki, valideynlər azyaşlıların yanında daha diqqətli davranmalı, yalnız onlara yox, bir-birlərinə qarşı olan sevgini də hiss etdirməlidir. Çünki uşaqlar şəxsi müşahidələrini gələcəkdə öz həyatlarında da tətbiq edirlər.

“Qafqazinfo” olaraq körpələrdən onlar üçün sevginin nə olduğunu hələ xəbər almışdıq.

Bu məqamda, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü olduğunu nəzərə alaraq həmin videoçarxı bir daha təqdim edirik:

Mənbə: qafqazinfo.az