Azərbaycanda universitet elmi işlərin - KÖÇÜRÜLMƏDİYİNİ YOXLAYACAQ

Azərbaycanda universitet elmi işlərin - KÖÇÜRÜLMƏDİYİNİ YOXLAYACAQ

Memarlıq və İnşaat Universiteti “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinə uyğun olaraq kotirovka sorğusu ilə “AzMİU-da İstehlakyönümlü müxtəlif xidmətlər (bütün növ elmi və tələbə işlərinin antiplagiat sistemi vasitəsi ilə yoxlanması), universitetin reklam və elanlarının saytda yerləşdirilməsi, nəqliyyat vasitələrinin cari təmiri” işləri üzrə satınalınmasını həyata keçirir.

FED.az xəbər verir ki, satınalmada iştirak etmək istəyənlər 04 iyun 2020- ci il tarixdə saat 17:00-dək Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tender Komissiyasına müraciət edə bilərlər.

Təkliflər 05 iyun 2020-ci il tarixdə saat 11:00-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin I saylı tədris binasının 309-cu otağında Tender komissiyasında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri təkliflərin açılışında iştirak edə bilərlər. Ünvan: Bakı şəhəri, Ayna Sultanova küçəsi, 11. Əlaqə telefonu: 538-75-07 Əlaqələndirici şəxs: Vasif Ələkbərov

Mənbə: fed.az