Leyla Əliyeva. Vətən sevgisi, mərhəmət duyğuları ilə döyünən ürək

Müasir Azərbaycan gəncliyinin lideri, Vətən sevgisi, mərhəmət duyğuları ilə döyünən ürək... Leyla Əliyevanın mənalı ömür yolunu qısaca belə səciyyələndirmək olar. O, çoxşaxəli fəaliyyəti ilə gənclərə örnəkdir. Təbiətin yaxın dostu kimi Azərbaycan flora və faunasının qorunmasına dəyərli töhfələr verir. Rəhbəri olduğu IDEA İctimai Birliyinin bu sahədə gördüyü işlər rəğbətlə qarşılanır və yüksək qiymətləndirilir.

Leyla xanımın həssas qəlbi mərhəmət və xeyirxahlıq duyğuları ilə döyünür. Onu tez-tez uşaq evlərində, xəstəxanalarda görmək olur. Nəvazişi və təbəssümü xoş aura yaradır, uşaqlara bir dünya sevinc bəxş edir.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri kimi gördüyü işlər haqqında da uzun-uzadı danışmaq olar. Amma təkcə bunu demək kifayət edər ki, diasporumuzun gənc nümayəndələri Leyla xanıma inanır, onun hər bir təşəbbüsünü dəstəkləyirlər.

Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət!” kampaniyası sayəsində Qarabağ həqiqətləri dünyaya yayılır, Xocalı faciəsini soyqırımı kimi tanıyan dövlətlərin sayı getdikcə artır.

O, həyatının mənasını doğma Vətənə xidmətdə görür. Hər bir təşəbbüsü, hər bir layihəsi, ilk növbədə, Azərbaycan və milli maraqlar üzərində köklənir. Bütün bunlar gənclər üçün, sözün əsl mənasında, vətənpərvərlik dərsləridir.

Leyla xanımı ad günü münasibətilə təbrik edir, ona sevinc dolu günlər arzulayırıq.

AZƏRTAC Leyla Əliyevanın həyat anlarının, yorulmaz fəaliyyətinin ayrı-ayrı məqamlarının əks olunduğu fotoları təqdim edir.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Malidə 4 kəndə silahlı hücum: 32 nəfər öldürüldü

SONRAKI XƏBƏR

Bir ailənin aylıq maska xərci 100 manatdır – Fakt