Almaniyada yeni cərimə tətbiq edilir

Almaniyada yeni cərimə tətbiq edilir

Berlin, 6 iyul, AZƏRTAC

Bundestaq Cinayət Məcəlləsinə yol-nəqliyyat hadisələri qurbanlarının video və foto çəkilişlərinə görə maddə əlavə edib.

AZƏRTAC xəbər verir ki, deputatların belə bir addım atmasına səbəb qəzaya düçar olan şəxslərin onlar barədə sosial şəbəkələrdə yayılan foto və videoçarxlarla bağlı çoxsaylı şikayətləri olub. Onlar məktublarında yazıblar ki, bir çox məsuliyyətsiz insanlar üçün başqasının problemi əyləncəyə çevrilib.

Həqiqətən, seyrçilər çox vaxt yol-nəqliyyat hadisələrini çəkərək həmin dəhşətli görüntüləri sosial şəbəkələrdə yayırlar. Belə özbaşınalıqlar, təbii ki, təkcə qeyri-etik baxımdan deyil, həm də cinayət hadisəsi baxımından xarakterizə olunmalıdır. Qeyd edək ki, belə hərəkətlərə yol verənlər bundan sonra yüksək məbləğdə cərimə və hətta iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Mənbə: azertag.az