FHN: Binəqədi rayonunda ikimərtəbəli evdə yanğın baş verib

FHN: Binəqədi rayonunda ikimərtəbəli evdə yanğın baş verib

Bakı, 26 sentyabr, AZƏRTAC

Paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 120 kvadratmetr olan ikimərtəbəli evin çardağı 50 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 10 kvadratmetr sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: azertag.az