Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabad şəhəri ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində rayon sakinləri, 1993-cü il təvəllüdlü Şahmar Rəcəbov və 2007-ci il təvəllüdlü Cahan Hüseynovova müxtəlif xəsarətlər alıblar.

Yaralılar Cəlilabad rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az