Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var

Kürdəmirdə yük maşını aşıb -

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

Gədəbəy sakini Vahid Allahverdiyevin idarə etdiyi “KamAz” markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev

Mənbə: qafqazinfo.az