Qarşısına mal-qara çıxan avtomobil aşdı 1 Tovuzda ölümcül QƏZA

Qarşısına mal-qara çıxan avtomobil aşdı 1

Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobilinin qarşısına mal-qara çıxdığından sürücü idarəetməni itirib və nəticədə maşın yolun kənarına aşıb.


Qəza zamanı 2006-cı il təvəllüdlü N.Rəhimov dünyasını dəyişib. Hadisə nəticəsində 2006-cı il təvəllüdlü Ə.Məmmədov və 2006-cı il təvəllüdlü A.Xanmirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: bizim.media