Ağdərə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-a istinadla xəbər verilir ki, qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb.
Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri - N.Əsgərov və həyat yoldaşı K.Əsgərova həyatını itirib.
Avtomobildə olan digər Kəlbəcər sakini M.İsmayılova xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: oxu.az