Bakı şəhərinin Qaradağ rayonu ərazisində, Lökbatan yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.az-a istinadla xəbər verilir ki, hadisə nəticəsində yolda böyük tıxac yaranıb.
İlkin məlumata görə, 5-dən çox avtomobil qəzaya düşüb.
Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.
Qəzanın başvermə səbəbi və xəsarət alanların olub-olmaması ilə bağlı rəsmi məlumat açıqlanmayıb.
Mənbə: www.bakupost.az