Göygöldə evdən kişi meyiti tapıldı

Göygöldə evdən kişi meyiti tapıldı

Göygöldə evdə kişi meyiti aşkarlanıb.

Hadisə rayonun Mollacəlilli kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini, 1969-cu il təvəllüdlü İlqar Bayramovun cansız bədənini yaxınları tapıblar.

İlkin ehtimala görə, 57 yaşlı kişinin səhhətində ciddi problem olub.

Faktla bağlı Göygöl rayon Porkurorluğunda araşdırma başlanılıb.

Yunis Quliyev

Mənbə: qafqazinfo.az