Bərdə rayonu ərazisindən keçən Yuxarı Qarabağ kanalında bir neçə gün əvvəl batan 1967-ci il təvəllüdlü Binnatov Rəsul İbiş oğlunun meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin dalğıc-axtarış-xilasetmə qrupu tərəfindən aparılan axtarışlar nəticəsində meyit sudan çıxarılıb.
Meyit müvafiq müayinə aparılması üçün aidiyyəti üzrə təhvil verilib.
Mənbə: bizim.media