“Microsoft” “Nvidia”dan sürətlə uzaqlaşır

“Microsoft” “Nvidia”dan sürətlə uzaqlaşır

“Microsoft” yeni nəsil süni intellekt çiplərinin istehsalını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.

“Bakupost” xəbər verir ki, şirkətin bu payızda yeni “Maia 300” çiplərini təqdim etməyə hazırlaşdığı bildirilir.
Məlumata görə, “Microsoft” 2027-ci ildə təhvil verilməsi planlaşdırılan 300 mindən çox çip üçün istehsal gücünü təmin etmək məqsədilə Tayvanın “TSMC” şirkəti ilə danışıqlar aparır.
Şirkət öz süni intellekt çiplərini inkişaf etdirməklə “Nvidia”dan asılılığını azaltmağa çalışır.
“Microsoft” rəhbərliyinin sözlərinə görə, şirkətin uzunmüddətli hədəfi “Maia” çiplərinin istehsal gücünü giqavat səviyyəsinə çatdırmaqdır.
Vüsalə Hüseynova,
BakuPost

Mənbə: www.bakupost.az