Avtomobil təmiri sexində meyit tapıldı

Avtomobil təmiri sexində meyit tapıldı

Gəncə şəhərində meyit tapılıb.

Hadisə şəhər ərazisindəki avtomobil təmiri sexində qeydə alınıb.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin şəhər sakini, 1988-ci il təvəllüdlü Elmidar Sultan oğlu Əliyev olması müəyyən edilib.

Araşdırmalar şəhər prokurorluğu tərəfindən aparılır.

Müəllif: Ülkər Vəliyeva

Mənbə: news.milli.az