Gürcüstanda yenə işıqlar sönüb

Gürcüstanda yenə işıqlar sönüb

Gürcüstanda yenidən elektrik enerjisinin verilişində genişmiqyaslı fasilə yaranıb.

“Bm.ge” portalına istinadən xəbər verilir ki, ölkənin bəzi bölgələrində Bakı vaxtı ilə 08:10-dan etibarən işıqlar sönüb.

TASS isə hazırda paytaxt Tbilisi,eləcə də Ozurgeti, Poti və Rustavidə işıq olmadığını açıqlayıb.

Məsələ ilə bağlı hələ rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, bundan əvvəl iyulun 24-nə keçən gecə Tbilisi və Gürcüstanın bir sıra bölgələrində elektrik enerjisinin verilişində fasilə yaranmışdı.

Mənbə: qafqazinfo.az