Hacıqabul rayonunda piyadanın ölümü ilə nəticələnən dəmiryol qəzası baş verib.
Hadisə rayonun Nəvahi kəndi ərazisində qeydə alınıb.
Bildirilib ki, Bakı-Gürcüstan marşrutu üzrə hərəkət edən sürət qatarı kənd sakini, 1973-cü il təvəllüdlü Arif Şirin oğlu Ataşovu vurub. Nəticədə o, hadisə yerində həyatını itirib.
Məlumata görə, meyit tanınmaz vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Mənbə: news.milli.az