Çad gölünün cənub-şərq bölgəsində yaraqlılar azı 14 Nigeriya hərbçisini öldürüb.
Bu barədə ActuNiger xəbər portalı məlumat yayıb.
Bildirilir ki, bir qrup yaraqlı Diffa bölgəsində ordu mövqelərinə hücum edib, lakin hücum dəf edilib. Geri çəkilən yaraqlıları təqib edərkən hökumət bölməsi pusquya salınıb. Döyüş zamanı bir neçə yaraqlı öldürülüb və onların dəqiq sayı müəyyənləşdirilir.
Portalın məlumatına görə, hücum Çad gölü bölgəsində fəaliyyət göstərən radikal Boko Haram qruplaşmasının üzvləri tərəfindən həyata keçirilib.
Mənbə: olke.az