Moskvada 140 minə yaxın insan koronavirusa qarşı peyvənd olunub

Moskvada 140 minə yaxın insan koronavirusa qarşı peyvənd olunub

Rusiyanın paytaxtı Moskva şəhərində yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd olunanların sayı açıqlanıb.

APA-nın xəbərinə görə, Moskva şəhərinin meri Sergey Sobyanin “Rossiya-24” telekanalının efirində bildirib ki, təqribən 140 minə yaxın insan koronavirusa qarşı peyvənd edilib.

Mer qeyd edib ki, paytaxtda peyvənd məntəqələrinin sayı artırıla bilər.

Mənbə: apa.az