Rusiyada ticarət mərkəzində güclü yanğın - VİDEO

Rusiyada ticarət mərkəzində güclü yanğın -

Rusiyanın Moskva vilayətinin Ramenskoye şəhərində yerləşən ticarət mərkəzində güclü yanğın baş verib.

Hadisə Çuqunov küçəsində yerləşən "Madam" ticarət mərkəzində qeydə alınıb.

Məlumata görə, yanğın alış-veriş mərkəzindəki mağazalardan birində başlayıb. Alovun fişəng satılan şöbəyə keçməsindən sonra ardıcıl partlayışlar baş verib.

Hadisə yerinə Fövqəladə Hallar xidmətinin əməkdaşları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.


İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.


Mənbə: bizim.media