121 mindən çox insan təxliyə edildi - İspaniyada meşə yanğınları

121 mindən çox insan təxliyə edildi -

İspaniyada genişmiqyaslı meşə yanğınları səbəbindən 121 mindən çox insan ya təxliyə olunub, ya da evlərini tərk etmədən qalmağa məcbur olub.

Ölkədə eyni zamanda yanğınsöndürmə aviasiyası ilə bağlı qalmaqal yaranıb.

Bildirilir ki, İspaniyanın istifadəsində olan Rusiyanın istehsalı olan Ka-32 yanğınsöndürmə helikopterləri hazırda yerdə qalıb.

Səbəb kimi Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar göstərilir. Məhdudiyyətlərə görə, helikopterlər üçün ehtiyat hissələri sifariş etmək və ya Rusiyadan texniki mütəxəssisləri xidmət üçün dəvət etmək mümkün deyil.


Bu məsələni Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippo da gündəmə gətirib.


Mənbə: bizim.media