Fələstinin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında toqquşmalar yaşanır

Fələstinin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında toqquşmalar yaşanır
İordan çayının Qərb sahilində Fələstin müqavimət dəstələri ilə İsrail ordusu arasında şiddətli toqquşmalar yaşanıb.
Bu barədə Livanın "Al Mayadeen" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, İsrail Müdafiə Qüvvələri (İMQ) Qərb sahilindəki kənd və şəhərlərin əksəriyyətinə giriş və çıxışı bağlayır, fələstinlilər isə əsgərlərin və məskunlaşanların hücumları ilə üzləşirlər.
Qeyd olunur ki, İMQ Ramallah şəhərindən şimalda yeni bir məskunlaşma forpostu yaradır.
Telekanal həmçinin Qərb sahilində artıq bir həftədir davam edən yanacaq qıtlığı, eləcə də fələstinlilərin əksəriyyətinə əməkhaqqı ödənişlərinin dayandırılması və məktəblərin bağlanması barədə məlumat verib.
Toqquşmalar Nablus, Xevron, Huvara, Beyt-Furik şəhərlərində, Əl-Maniyə kəndindən qərbdə yerləşən Əl-Qarn ərazisində, Masafer-Yattada və digər yerlərdə qeydə alınır. Həmçinin İsrail qüvvələri Əl-Arrub qaçqın düşərgəsində odlu silah, tüstü şaşkaları və səs-işıq qumbaralarından istifadə edərək reydlər keçirir.

Mənbə: azxeber.com