“Mercedes” yük maşını ilə toqquşdu - Ölən var

“Mercedes” yük maşını ilə toqquşdu -

Qubada ağır yol qəzası olub.

Hadisə Quba–Qusar avtomobil yolunda baş verib.

Belə ki, “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub.

Nəticədə “Mercedes”in sürücüsü, Quba şəhər sakini, 1996-cı il təvəllüdlü Adil Qasımov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

Mənbə: qafqazinfo.az