Oğuzda avtomobillər toqquşub, ölən var

Oğuzda avtomobillər toqquşub, ölən var

Oğuz rayonunun Padar kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün saat 8 radələrində “Mercedes” və “VAZ-21099” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, 39 yaşlı Əbdülrəhim Məmmədəliyev hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Mənbə: unikal.az