Bu gün paytaxtın Sabunçu rayonunda yanğın baş verib.
Hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Belə ki, hasar kənarında yerləşən zibil qutularına toplanmış məişət tullantılarının yanması səbəbindən ərazidə təhlükəli vəziyyət yaranıb.
Bununla bağlı video paylaşan taksi sürücüsü yanğının qaz xəttinin altında baş verdiyini və bunun təhlükəli olduğunu deyib.
Həmin vətəndaş “Azəriqaz”ın qaynar xəttinə və yanğınsöndürmə xidmətinə məlumat verib.
Mənbə: qafqazinfo.az