“VAZ” yük maşını ilə toqquşdu - 8 yaşlı uşaq xəsarət aldı+Fotolar

“VAZ” yük maşını ilə toqquşdu - 8 yaşlı uşaq xəsarət aldı+Fotolar

Tovuzda minik maşını yük avtomobili ilə toqquşub.

Hadisə rayonun Azaflı kəndində qeydə alınıb.

Belə ki, “VAZ 21 07” markalı avtomobil “ZİL” markalı maşınla toqquşub.

Qəza zamanı minik maşınında olan 8 yaşlı N.O (Ad şərtidir) ağır bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onun müalicəsi davam edir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev



Mənbə: qafqazinfo.az