Mingəçevirdə yeniyetmə kanalda batıb.
Şəhər sakini, 14 yaşlı Nicat Şərifzadə Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb.
Hazırda onun meyitinin tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir. Axtarışlara aidiyyəti qurumların qüvvələri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Mənbə: qafqazinfo.az