Bu ölkədə havanın temperaturu rekord həddə çatdı

Bu ölkədə havanın temperaturu rekord həddə çatdı

Avqustun 4-ü günorta saatlarında Avstriyada hava temperaturu rekord həddə – 41°C-yə çatıb

Bu haqda “Kronen Zeitung” nəşri məlumat yayıb.

Bildirilib ki, bununla da əvvəlki 40,5°C-lik rekord geridə qalıb.

Nəşr bildirir ki, hava şəraiti ilə əlaqədar ölkənin şərq hissəsi üçün ən yüksək təhlükə səviyyəsi elan edilib. Eyni zamanda, Burqenland əyalətində meşə yanğını davam edir.

Mənbə: qafqazinfo.az