Böyük Britaniyanın paytaxtı Londonun mərkəzində yerləşən Kovent Qarden ərazisində baş verən bıçaqlı hücum nəticəsində 4 nəfər yaralanıb.
“The Independent”ə istinadla xəbər verilir ki, hadisə ilə əlaqədar 47 yaşlı qadın saxlanılıb.
Hadisə bu gün yerli vaxtla saat 12:29-da “Endell Street” qeydə alınıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları və London hava təcili yardımı cəlb olunub. Hava təcili yardım helikopteri müdaxilə üçün Trafalqar meydanına eniş edib.
Polisin məlumatına görə, 34, 39, 42 və 52 yaşlı dörd kişidə bıçaq xəsarətləri ilə aşkarlanıb. Yaralılar tibb müəssisəsinə çatdırılıblar. Onların səhhəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.
İlkin məlumata əsasən, hadisəni törədənin psixi sağlamlıq problemi olub. Hadisə yerində qayçı aşkarlanaraq götürülüb. Araşdırma davam edir.
Mənbə: unikal.az