Gəncədə restoran qarşısında kütləvi dava: ölən var

Gəncədə restoran qarşısında kütləvi dava:   ölən var

Gəncə şəhərində restoran qarşısında başlayan kütləvi dava qanla bitib.

Report-a istinadla xəbər verilir ki, dava zamanı 1983-cü il təvəllüdlü Azər Yusifov aldığı bıçaq yarasından hadisə yerində dünyasını dəyişib.
Bundan başqa 1995-ci il təvəllüdlü Rahib Bayramlı, 1998-ci il təvəllüdlü Tural İlyasov və onun həmyaşıdı Azamat Peşerskiy bıçaq xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
Qətli törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü M. Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma başlanılıb.

Mənbə: www.bakupost.az