İsrail ordusunun Livanın cənubunda keçirdiyi əməliyyat zamanı partlayış baş verib.
İsrail ordusunun açıqlamasına görə, hadisə Majdal Zoun qəsəbəsində əsgərlər binalardan birinə daxil olarkən qeydə alınıb.
Partlayıcı qurğunun işə düşməsi nəticəsində 2 hərbçi ölüb, 4-ü isə yaralanıb. Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilib.
Bununla yanaşı, İsrailin Livanın cənubuna endirdiyi son zərbələr nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb. Livan Səhiyyə Nazirliyi hücumun Tebnine yaşayış məntəqəsini hədəf aldığını açıqlayıb.
Qeyd edək ki, 26 iyunda əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, son həftələrdə Livanın cənubu İsrailin hava hücumlarına məruz qalır.
Müəllif: Roza
Mənbə: publika.az