Ölkə ondan danışır: 1 milyon avroluq çekpot uddu, zibilə atdı və … - FOTOLAR

Ölkə ondan danışır: 1 milyon avroluq çekpot uddu, zibilə atdı və … - FOTOLAR

Qadın 1 milyon avroluq cekpot udsa da, udduğu lotereya biletini zibilə atıb.

Hadisə İtaliyanın Apuliya bölgəsində baş verib. Şəxsiyyəti açıqlanmayan qadın bazar günü keçirilən lotereyadan sonra biletini yoxlamaq üçün yerli mağazaya gedib. Bilet cihaz tərəfindən skan edildikdə, cihazda "geri qaytarıla bilməz" xəbərdarlığını görünüb. Böyük həcmdə cekpotu qazandığının fərqində olmayan qadın uduş biletini mağazadakı zibil qutusuna atıb. Buna də səbəb kiçik pərakəndə satış şirkətlərinin yalnız az miqdarda uduş ödəyə bilməsi səbəbindən yaranıb.

Qadın mağazadan evə qayıdanda ailə üzvü ona həmişə oynadığı nömrələrin qalib gəldiyini dedi. Qadın ailə üzvləri ilə birlikdə dərhal mağazaya qaçdılar. Lakin biletin atıldığı zibilin yığılaraq aparıldığını görüblər.

Bundan sonra qadın yaranmış durumla bağlı SANB tullantıların idarə olunması şirkətinin direktoru Roberto Nikola Toskanoya zəng edib. Şirkət direktoru Toskano deyib ki, bilet zibil maşını ilə aparıldığı üçün onu tapmaq şansımız azdır. Lakin buna baxmayaraq zibili daşıyan maşın müyəəyn edilib. Tullantılardakı potensial təhlükəli materialların risk yaratdığından axtarış aparmaq üçün nəqliyyat vasitəsini bu məqsədlə təchiz olunmuş ixtisaslaşmış bir şirkətə aparıblar. İşçilər maşındakı zibillər arasında bir gündən çox axtarış aparıblar və hərtərəfli axtarışdan sonra təsadüf nəticəsində bilet tapılıb.

Şirkət direktoru Toskano deyib ki, bilet möcüzəvi şəkildə bütöv qalıb və ona heç nə olmayıb.
Şirkət rəhbəri bildirib ki, biletin tapılması ilə bağlı şanslı qalibə xəbər verdikdə həyəcandan ağlayıb: "Əgər telefonla danışmasaydıq, yanınızda olsaydım sizləri qucaqlayardım", - şanslı bilet sahibi deyib.

Mənbə: olke.az