Ev alqı-satqısı ofisindən maklerin meyiti tapıldı

Ev alqı-satqısı ofisindən maklerin meyiti tapıldı

Bakıda ofisdən meyit tapılıb.

Hadisə paytaxtın Nizami rayonu Qara Qarayev prospektində baş verib.

Dünən saat 16 radələrində Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Vüqar Məsim oğlu Xəlilovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti işlədiyi ev alqı-satqısı ofisində tapılıb.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Mənbə: qafqazinfo.az