Uqanda millisinin və “SC Villa” klubunun kapitanı Devid Ovori öldürülüb.
O, paytaxt Kampalada yaşadığı evin yaxınlığında naməlum şəxslərin hücumuna məruz qalıb.
Quldur dəstəsi onun telefonunu və qiymətli əşyalarını oğurlamağa çalışıb. Müqavimət göstərən 27 yaşlı futbolçu başına dəyən daşlardan sonra həyatını itirib.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Mənbə: qafqazinfo.az