Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
İttihama əsasən, təqsirləndirilən şəxs qayınanası, zərərçəkmiş Ağabəyim Səfərovanın (soyadı şərtidir) sağlamlığına qəsdən ağır zərər vurub.
Belə ki, hadisə bu il Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində baş verib.
Pərviz Qurbanov həmin ünvanda qayınanası ilə mübahisə edib. Mübahisəyə səbəb təqsirləndirilən şəxsin Ağabəyim Səfərovaya arvadı və uşaqlarını ondan ayırması ilə bağlı irad bildirməsi olub.
Zərərçəkmiş şəxsin isə buna cavab olaraq "yaxşı etmişəm" məzmununda cavab verməsi Pərvizin hiddətlənməsinə səbəb olub.
Bundan sonra təqsirləndirilən şəxs üzərində olan kustar üsulla hazırlanmış bıçaq Ağabəyim Səfərovaya iki dəfə zərbə endirib.
Məhkəmədə Pərviz Qurbanov ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib.
O, məhkəməyədək icraat zamanı verdiyi ifadələrinə əsasən, məhkəmədə də hadisənin başvermə şəraitini danışıb.
Mənbə: oxu.az