Tramp İranın son 50 ildə öldürdüyü yüz minlərlə günahsız etirazçının ailələrinə də təzminat ödənilməli olduğunu bildirib

Tramp İranın son 50 ildə öldürdüyü yüz minlərlə günahsız etirazçının ailələrinə də təzminat ödənilməli olduğunu bildirib

“Görürəm ki, İran İslam Respublikasının nümayəndələri son beş ay davam edən hərbi münaqişə zamanı onlara dəymiş zərərə görə təzminat tələb edirlər. Bu münaqişə onların nüvə silahına sahib olmaması üçün başladılıb. Halbuki, danışıqlarımızın və görüşlərimizin heç birində belə bir məsələ heç vaxt müzakirə olunmayıb!”

APAxəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz “Truth Social” hesabında yazıb.

Tramp bunun maraqlı fikir olduğunu bildirərək İrandan onların törətdiyi yol kənarındakı partlayışlar və məşhur olduqları çoxsaylı münaqişələr nəticəsində öldürülən və ağır yaralanan bütün insanların müqabilində təzminat tələb etdiyini bildirib.

“Bunlara əvvəlcə general Süleymaninin rəhbərliyi ilə həyata keçirilən hücumlar, o cümlədən “USS Cole” gəmisində həlak olanların ailələri və döyüşlərdə öldürülən minlərlə digər insan daxildir”, -Tramp əlavə edib.

O bildirib ki, bundan əlavə, son beş ayda öldürülən 52 min insanı nəzərə almasa belə İranın son 50 il ərzində öldürdüyü yüz minlərlə günahsız etirazçının ailələrinə də təzminat ödənilməlidir.

“Nümayəndələrimə tapşırmışam ki, bu məsələni bundan sonra keçiriləcək bütün danışıqlarda qəti şəkildə gündəmə gətirsinlər”, - Tramp bildirib.

Mənbə: apa.az