Qara dənizin Türkiyə sahillərində naməlum pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.
Bu barədə İHA xəbər agentliyi məlumat yayıb.
PUA Düzce vilayətinin Akçakoca rayonundakı Çinar çimərliyində aşkar edilib.
Hadisə yerinə polis və sahil mühafizəsi əməkdaşları gəlib və obyektin ətrafı təhlükəsiz yoxlama aparmaq üçün müvəqqəti olaraq mühasirəyə alınıb.
Mütəxəssislər aşkar edilmiş obyektin dron olub-olmadığını, onun növünü və mümkün mənşəyini müəyyən etmək üzərində işləyirlər.
Mənbə: www.bakupost.az