Avqustun 12-nə keçən gecə Gürcüstanın paytaxtı Tbilisi şəhərinin yaxınlığında – azərbaycanlıların kompakt yaşadığı Soğanlıq kəndində 12 yaşlı Tapdıq Qəhrəmanovun öldüyü hadisənin təfərrüatı məlum olub.
Ailənin qonşuları sosial şəbəkədə hadisə zamanı yeniyetmənin “Smart” markalı kiçikölçülü avtomobili özünün idarə etdiyini bildiriblər.
Məlumata görə, bir müddət əvvəl valideynləri Tapdıqa həmin avtomobili hədiyyə ediblər. Lakin sürücülük üçün yaşı çatmadığından uşağın yola çıxmasına icazə verilməyib. Hadisə günü isə yeniyetmə atasından xəbərsiz maşını sürərək küçəyə çıxıb və qəza törədib. Nəticədə, o həyatını itirib.
Mənbə: qafqazinfo.az