İsveçrənin bir sıra kantonlarında kəskin istilər və quraqlıq səbəbindən suyun istifadəsinə məhdudiyyətlər tətbiq olunmağa başlanıb.
Bu barədə "Blick" nəşri məlumat yayıb.
Müxtəlif kantonlarda fərqli qadağalar qüvvəyə minib. Məsələn, Arqau bölgəsində qazonların sulanması, hovuzların doldurulması və avtomobillərin yuyulması qadağan edilib. Buna bənzər qaydalar Bazel kantonunda da təsdiqlənib.
Bundan əlavə, əksər ərazilərdə çayların və bulaqların suyundan istifadə etmək yasaqlanıb ki, bu da yerli fermerlər üçün ciddi çətinliklər yaradır.
Vəziyyət o qədər kritikdir ki, bəzi kantonlara içməli su traktorlara qoşulmuş sisternlər vasitəsilə daşınır.
İsti hava şəraiti, həmçinin ekoloji fəsadlara da yol açır - balıqların kütləvi ölümü və meşə fondunun vəziyyətinin pisləşməsi müşahidə olunur.
Mənbə: oxu.az