Beyləqanda kanalda batan 19 yaşlı qızın meyiti tapıldı

Beyləqanda kanalda batan 19 yaşlı qızın meyiti tapıldı

Beyləqanda Qarabağ kanalında batan şəxsin kimliyi məlum olub.

Kanalda batan şəxs rayon sakini, 19 yaşlı Rəvanə Rəşad qızı Hümbətəliyevadır.

Axtarışlar nəticəsində R.Hümbətəliyevanın nəşi batdığı yerdən bir neçə kilometr aralıda, rayonun Kürdlər kəndi ərazisində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Onun hansı şəraitdə suya düşməsi hələlik məlum deyil.

Mənbə: oxu.az