Ucarda "Mercedes" qəzaya uğradı: Xəsarət alanlar var

Ucarda "Mercedes" qəzaya uğradı: Xəsarət alanlar var

Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Aydın Əliyevin idarə etdiyi "Mercedes" markalı minik maşını beton arakəsməyə çırpılıb.

Nəticədə sürücü A.Əliyev, sərnişinləri - Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Günel Əliyeva və Tovuz şəhər sakini, 1958-ci il təvəllüdlü Şura Tağıyeva müxtəlif xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: oxu.az