Türkiyədə təriqət lideri həbs edildi: Qardaşının evindən 200 kq qızıl çıxdı - Foto

Türkiyədə təriqət lideri həbs edildi: Qardaşının evindən 200 kq qızıl çıxdı -

Türkiyə polisi "Süleymançılar" təriqətinin lideri Alihan Kurişin başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstənin çirkli pulların yuyulması işi üzrə istintaq çərçivəsində 200 kq külçə qızıl müsadirə edib.

Bu barədə "TRT Haber" telekanalına istinadən xəbər verilir.

Külçələr Kurişin qardaşının evində aparılan axtarış zamanı tapılıb, qızılın dəyəri 1.34 milyard lirə (təxminən 28 milyon dollar) həcmində qiymətləndirilir. Telekanal qeyd edir ki, qızılın mənşəyi hələlik məlum deyil.

Türkiyədə təriqət lideri həbs edildi: Qardaşının evindən 200 kq qızıl çıxdı - FOTO

Həmçinin bildirilir ki, avqustun 13-də iş üzrə saxlanılan 38 nəfər təqsirləndirilən şəxsdən təriqət lideri də daxil olmaqla, 32-si məhkəmənin qərarı ilə həbs edilib. Altı nəfər isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi daha əvvəl bildirmişdi ki, Ankara prokurorluğu istintaq çərçivəsində 43 nəfərin saxlanılması üçün order verib. Axtarışa verilənlərin bir hissəsi xaricdədir. Həmçinin təriqətin nəzarətində olan şirkətlərə xarici idarəçilərin təyin edildiyi bildirilirdi.

Qeyd edək ki, "Süleymançılar" Türkiyənin nüfuzlu dini təriqətidir. Keçən əsrin ortalarında yaradılıb, ölkədə və xaricdə əhəmiyyətli maliyyə resurslarına, eləcə də Quran kurslarına malikdir.

Mənbə: oxu.az