19 yaşlı qız avtomobildə öldürüldü - Qardaşı polisə təslim oldu

19 yaşlı qız avtomobildə öldürüldü -

Hacıqabulda qətl törədilib.

Hacıqabul şəhəri İsmət Qayıbov küçəsində minik avtomobilində 2007-ci il təvəllüdlü Zeynəb Qocayeva boyun nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən mərhumun qardaşı Cəfər Həsənov könüllü olaraq polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: qafqazinfo.az