Ukraynada Prezident Ofisinin rəhbərinin müavininin evində axtarış aparılır.
Ukrayna mediasının xəbərinə görə, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAPO) tərəfindən xüsusi əməliyyat keçirilib.
Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin rəhbərinin müavini İrina Mudranın da adının hallandığı antikorrupsiya əməliyyatı hazırkı və sabiq rəsmi şəxslərdən ibarət cinayətkar qruplaşmaya qarşı aparılır.
Mudradan başqa deputat Vadim Stoların da evində axtarış aparılıb.
Təfərrüatlar daha sonra veriləcək.
Mənbə: apa.az