Kolumbiyada 10 avqustda baş verən 7,4 bal gücündə güclü zəlzələ nəticəsində ölənlərin sayı artıb.
Xarici KİV-ə istinadən xəbər verilir ki, zəlzələ nəticəsində həlak olanların sayı 312-yə çatıb.
4380 nəfərin xəsarət almasına və 290 nəfərin itkin düşməsinə səbəb olan zəlzələdən 15 əyalətdə 294 mindən çox insan və 470 yaşayış məntəqəsi zərər çəkib.
Mənbə: qafqazinfo.az